BMT-yə məxsus hərbi helikopter qəzaya uğrayıb

27 İyul 2017 02:15 (UTC+04:00)

BMT sülhməramlı kontingentinə məxsus hərbi helikopter qəzaya uğrayıb. Axar.az xəbər verir ki, qəza Malinin şimalında baş verib. Hadisə zamanı “Tiger” helikopterində 2 almaniyalı hərbçi olub, onlar haqqında hələ ki, heç bir məlumat yoxdur. BMT missiyasının nümayəndəsi helikopterdə almaniyalı hərbçilərin olduğunu təsdiqləyib.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının qərarı ilə Malidə BMT-nin 12 minlik sülhməramlı missiyası fəaliyyət göstərir.