BMT Baş assambleyasının 65-ci sessiyasında iştirak etmək üçün Nyu Yorkda olan Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu türk dili danışan ölkələrin xarici işlər nazirləri ilə görüşüb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, görüş Nyu Yorkdakı "Türk evi"ndə baş tutub. Görüşdə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov, Qazaxıstan xarici işlər naziri Kanat Saudabayev, Qırğızstan xarici işlər naziri Ruslan Kazakbayev iştirak edib. Hələlik görüşün detalları barədə açıqlama verilməyib.
Türkiyəli nazirin bu gün isə ABŞ-ın Əfqanıstan və Pakistan üzrə xüsusi nümayəndəsi, habelə Pakistan və Çinin xarici işlər nazirləri ilə görüşü gözlənilir.