Yoldaşlıq oyununun hakimləri

26 İyul 2017 17:03 (UTC+04:00)

Qadın futbolçulardan ibarət Azərbaycan və Qazaxıstan milli komandaları arasında bu gün keçiriləcək yoldaşlıq oyununu idarə edəcək hakimlər müəyyənləşib. SİA-nın məlumatına görə, saat 19.00-da, "Dalğa Arena"da keçiriləcək görüşün baş hakimi Yuliya Qurbanova olacaq. Ona Lamiyə Sadıqova və Aybəniz Əsgərzadə kömək edəcək. Dördüncü hakim funksiyasını Sədaqət Vəliyeva yerinə yetirəcək.