Bəybala Abbasov və Zemfira Topçubaşovaya Azərbaycan prezidentinin fərdi təqaüdləri verilib

21 Sentyabr 2010 08:08 (UTC+04:00)
Prezident İlham Əliyev Abbasov Bəybala Xudkar oğlu və Topçubaşova Zemfira Mustafa qızına Azərbaycan prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında sərəncam imzalayıb. SİA-nın məlumatına görə, hər iki şəxs Azərbaycanda tibb təhsilinin və elminin inkişafında xidmətlərinə görə bu mükafata layiq görülüb.