Azərbaycan Prezidenti İlham Əliyev Malta Respublikasının Prezidenti Corc Abelanı ölkəsinin milli bayramı münasibətilə təbrik edib. SİA-nın məlumatına görə, təbrikdə deyilir: "Milli bayramınız - Müstəqillik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Əminəm ki, Azərbaycan ilə Malta arasındakı dostluq əlaqələrinin genişlənməsi əməkdaşlığımızın inkişafı üçün yeni imkanlar açacaqdır".
İlham Əliyev Corc Abelaya ən xoş arzularını yetirib, dost Malta xalqına əmin-amanlıq və firavanlıq diləyib.