6 otaqlı evdə yanğın olub

26 İyul 2017 09:25 (UTC+04:00)

Bakıda yanğın hadisəsi qeydə alınıb. SİA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yanğın şəhərin Sabunçu rayonunda ümumi sahəsi 150 m2 olan ikimərtəbəli 6 otaqlı evdə baş verib. Nəticədə evin 1-ci mərtəbəsində yerləşən hamamın yanar konstruksiyaları 6 m2 sahədə və 1 ədəd suqızdırıcı aparat yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.