"Qarabağ"ın yarımmüdafiəçisi Riçard Almeyda UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində "Şerif"ə qarşı keçirilən ilk oyundan (0:0) sonra jurnalistlərin suallarını cavablandırıb. SİA futbolçunun fikirlərini nəzərinizə çatıdrır:
- Bu gün qələbə qazanmamağınıza səbəb nə oldu?
- Əlimizdən gələni etdik. Futbolda hər şey baş verir. Səfərdə bir oyun da var. Hazırlaşıb, müsbət nəticə qazanmaq mümkündür.
- “Qarabağ” rəqibindən belə oyun gözləyirdi?
- Gözləyirdik. Bilirdik ki, “Şerif” iki taktika ilə oynayır: beşli müdafə və 4-1-4-1 düzülüşü. Ancaq hansı sistemlə oynayacaqlarını bilmirdik. Həftə ərzində hazırlaşdıq. Məşqçilərimiz rəqib haqda məlumatlar vermişdilər. Cavab oyununa ciddi hazırlaşacağıq.
- Cavab matçında nəyə ümid etmək olar?
- 90 dəqiqədən sonra bilinəcək. Hansı komanda daha güclü olsa, sevinən tərəf olacaq. Rəqibə hörmət etmək lazımdır. Əlimizdən gələni edəcəyik.
- Öz oyunundan razı qaldın?
- Siz deyin, mən bu haqda nə isə deyə bilmərəm.