Açıq Bakı turniri keçirilib

25 İyul 2017 17:56 (UTC+04:00)

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən Hövsan Olimpiya İdman Kompleksində Gənclər və İdman Nazirliyinin yaranması gününə həsr olunmuş karatenin WKF versiyası üzrə açıq Bakı turniri keçirilib. SİA-nın məlumatına görə, yarışda paytaxt və Sumqayıtdan olan idmançılarla yanaşı Xaçmaz, Gəncə, Şəmkir, Şəki, Qusar, Biləsuvar, Lənkəran, Salyanı təmsil edən 300-ə yaxın idmançı müxtəlif çəki dərəcələrində mübarizə aparıblar.

Qızlar arasında ən kiçik (6 yaş) yaşda mübarizə aparan idmançılardan mükafata layiq yerləri Mədinə Kazımova, Nəzrin Soltanlı, Nuray Vəlizadə, oğlanlar arasında isə Orxan Musayev, Nazim Hacıyev, Ayxan Aslanov tutublar.

İlk üç yeri tutmuş idmançılara Baş İdarə tərəfindən müxtəlif dərəcəli diplom və xatirə hədiyyələri təqdim edilib.