Ruslan Abışov: “Baş məşqçimiz şans verəcəyi təqdirdə, həftəsonu "Xəzər-Lənkəran"a qarşı keçiriləcək səfər matçında oynamağa hazıram" - AÇIQLAMA
21 Sentyabr 2010 03:12 (UTC+04:00)
Zədəsini sağaltmaq üçün Almaniyanın Köln şəhərində müalicə kursu keçən "Neftçi" PFK-nın müdafiəçisi Ruslan Abışov Bakıya qayıdıb. SİA-nın məlumatına görə, 23 yaşlı futbolçu müalicə prosesi və yaşıl meydanlara qayıdacağı tarixlə bağlı flaqmanın rəsmi saytına məlumat verib: "Köln şəhərində yerləşən "Media Park" xəstəxanasında müalicə olunurdum. Bu xəstəxananın xidmətindən bir sıra tanınmış futbolçular da istifadə edirlər, orada müalicə alırlar. "Media Park"da mənə 4 hakim nəzarət edirdi. Gündəlik müalicə ilə yanaşı, məşqlərə də ara vermirdim. Bərpa prosesi başa çatdıqdan, tam hazır olduqdan sonra məni xəstəxanadan buraxdılar. Artıq "Neftçi"nin düşərgəsinə qoşulmuşam və komanda ilə birgə məşqlərə başlamışam. Baş məşqçimiz şans verəcəyi təqdirdə, həftəsonu "Xəzər-Lənkəran"a qarşı keçiriləcək səfər matçında oynamağa hazıram".