Neymar PSJ-yə gəlmək üçün rəhbərlikdən 4 futbolçu transfer etməsini istəyib. SİA-nın məlumatına görə, bu barədə "Le Parisien" nəşri xəbər yayıb. Braziliyalı ulduz həmyerlisi Lukas Mouraya da "toxunulmazlıq hüququ"nun verilməsini tələb edir.
Dörd futbolçudan 2-si Fransa mətbuatında açıqlanıb. Bunlar artıq Paris klubuna qoşulan Dani Alveş, həmçinin Filippe Koutinyodur. Qalan 2 futbolçunun kim olduğu məlum deyil. PSJ Neymara illik 30 milyon avro məvacib təklif edir. Katalonlar isə bu transferdən 222 milyon avro qazana bilər.