“Yuventus” heyətinə yeni oyunçu cəlb edib

25 İyul 2017 05:04 (UTC+04:00)

“Yuventus” heyətinə yeni oyunçu cəlb edib. Klubun rəsmi saytında yer alan xəbərə görə, Turin klubu “Fiorentina”nın hücumçusu Federiko Bernardeskinin transfer edib. 23 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. Bernardeskinin transferi üçün “Yuventus”un qarşı tərəfə 40 milyon avro ödədiyi bildirilir. Qeyd edək ki, ötən mövsüm “Fiorentina”da 42 matça çıxan İtaliya millisinin üzvü 14 qol vurub, 5 məhsuldar ötürmə edib.