Rusiya açıqladı: "Suriya ilə bağlı plan qurmuşuq"

25 İyul 2017 03:49 (UTC+04:00)

"Suriyanın İdlib şəhərində gərginliyi azaltmaq üçün plan qurmuşuq." Axar.az xəbər verir ki, bu sözləri Rusiya Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəisi, ordu generalı Sergey Rudskoy bildirib.

Rudskoy gərginlyin azaldılması üçün bir sıra görüşlər keçirdiklərini və bu istiqamətdə müəyyən planların olduğunu vurğulayıb. O qeyd edib ki, görüşlər yekunlaşandan sonra Astana formatında danışıqlar davam etdiriləcək.