Yunkerdən ŞOK açıqlama: "ABŞ-a qarşı hərəkətə keçək"

25 İyul 2017 03:02 (UTC+04:00)

"ABŞ-ın Rusiyaya tətbiq etməyi planlaşdırdığı yeni sanksiyalar Rusiya-Avropa Birliyi arasındakı ticarət əlaqələrinə təsir edərsə, Vaşinqtona qısa müddətdə cavab verilməlidir." Axar.az xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Yan Klod Yunker bildirib. Yunker qeyd edib ki, AB yaxın günlərdə hərəkətə keçməlidir.