Xaçmazda 8 yaşlı uşağı maşın vurub

24 İyul 2017 23:04 (UTC+04:00)

Xaçmazda piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi qeydə alınıb. APA-nın Şimal bürosunun məlumatına görə, hadisə Gəndob-Yalama yolunun Qusarçay kəndi ərazisində baş verib. 8 yaşlı Qurbanəliyev Aslan Zaur oğlunu maşın vurub. Azyaşlıya sol budun aşağı üçdə birinin açıq sınığı və başın əzilməsi diaqnozu qoyulub. Fakt araşdırılır.