Hərbçilərimiz “Beynəlxalq Ordu Oyunları-2017”yə yola düşüblər

24 İyul 2017 19:14 (UTC+04:00)

Azərbaycan Silahlı Qüvvələrinin nümayəndə heyətinin bir hissəsi “Beynəlxalq Ordu Oyunları - 2017” çərçivəsində keçiriləcək “Tank biatlonu” və “Səhra mətbəxi” müsabiqələrində iştirak etmək üçün Moskvaya yola düşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, hərbçilərimizdən ibarət digər qrup isə “Snayper həddi” və “Artilleriya atəşinin ustaları” müsabiqələrində iştirak etmək üçün yaxın günlərdə Qazaxıstana səfər edəcək.