"Bavariya"nın baş məşqçisi Karlo Ançelotti "Çelsi"nin Alvaro Moratanı transfer etməsinə dair fikirlərini bildirib. SİA-nın məlumatına görə, italiyalı mütəxəsis bunları deyib: "Çelsi" yaxşı transfer reallaşdırdı. Morata güclü hücumçudur. O, ön xəttin müxtəlif mövqelərində oynaya bilir. Mənim "Real"ı çalışdırdığım vaxtda o, mərkəzdə və cinahda oynayırdı. Morata komanda oyununa üstünlük verir. Onun əla zərbələri var. Yeni mövsümdə ona uğurlar arzulayıram".