Ermənistan parlamentinin xanım vitse-spikeri istefa verib

21 Sentyabr 2010 01:21 (UTC+04:00)

Ermənistan parlamentinin xanım vitse-spikeri istefa verib. SİA-nın "News.am" saytına istinadən verdiyi məlumata görə, "Çiçəklənən Ermənistan" Partiyasının üzvü olan Arevik Petrosyan bununla bağlı bəyanat verib. "Çiçəklənən Ermənistan" Partiyasının mətbuat xidmətinin rəhbəri Xaçik Qalstyan vitse-spikerin yerinə partiyanın digər üzvünün namizədliyinin irəli sürüləcəyini söyləyib.

 

Namizədin kimliyini açıqlamayan mətbuat katibi bunun oktyabrda məlum olacağını dilə gətirib. O, Arevik Petrosyanın istefasının səbəblərini də izah etməkdə çətinlik çəkib.