Maarifləndirici görüş

24 İyul 2017 09:13 (UTC+04:00)

“Müvəkkil” Hüquq Mərkəzi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Müharibə veteranları, əlillər və digər həssas sosial qruplar üçün hüquqi dəstəyin təşkili” layihəsi çərçivəsində Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Səbail rayon şöbəsində müharibə və əmək veteranları ilə hüquqi-maarifləndirici görüş keçirilib. SİA-nın xəbərinə görə, görüşü giriş sözü ilə açan Müvəkkil Hüquq Mərkəzinin sədri Səməd Vəkilov çıxış edərək bildirib ki, həyata keçirilən layihənin məqsədi müharibə veteranları, əlillər və digər həssas sosial qruplar üçün hüquqi dəstəyin təşkili edilməsi ilə onların maariflənməsinə xidmət etməkdir

Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Səbail rayon şöbəsinin sədri İlham Əliyev çıxış edərək, Müvəkkil Hüquq Mərkəzi ilə rəhbərlik etdiyi təşkilatın 3 ildən artıqdır ki, əməkdaşlıq etdiyini və bu müddətdə təşkilatın hüquqşünasları tərəfindən onlar təmənnasız hüquqi xidmətlərin göstərilməsin xatırladaraq, öz təşəkkürünü bildirib.

Daha sonra Müvəkkil Hüquq Mərkəzinin sədri Səməd Vəkilov və təşkilatın hüquqşünası Mobil Vəkiloğlu müharibə və əmək veteranlarının qanunvericiliklə verilən əlavə hüquq və imtiyazlar haqqında geniş məlumat verdi.

Görüşdə müharibə və əmək veteranlarını maraqlandıran suallar cavabladırıldı.