Azərbaycan-Rusiya beynəlxalq simpoziumu keçiriləcək

21 Sentyabr 2010 00:27 (UTC+04:00)

28-30 sentyabr 2010-cu il tarixlərdə AMEA, Rusiya Elmlər Akademiyasının (REA) Sibir Bölməsi (SB), AMEA Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu (NKPİ), REA SB-nin Kataliz İnstitutu və AMEA Kimya Elmləri Bölməsinin birgə təşkilatçılığı ilə AMEA Rəyasət Heyətində "Neft kimyası və neft emalı problemlərinin həllində kataliz" mövzusunda Azərbaycan-Rusiya beynəlxalq simpoziumu keçiriləcək.

SİA-nın məlumatına görə, simpoziumda Azərbaycan və Rusiya alimləri ilə yanaşı Almaniya, Böyük Britaniya, Səudiyyə Ərəbistanı, İran və digər ölkələrdən dəvət olunmuş görkəmli alimlər də məruzələrlə çıxış edəcəklər.