Fərid Quliyev "Neftçi"də qol hesabını açdı

20 Sentyabr 2010 21:47 (UTC+04:00)

MOİK-lə oyun mövsümlərarası fasilədə "Neftçi"yə transfer olunan Fərid Quliyev üçün əlamətdar olub. Flaqmanın mətbuat xidmətindən SİA-ya verilən məlumat görə, 24 yaşlı futbolçu "Neftçi"nihn heyətində rəsmi oyunda ilk qolunu ordu klubunun qapısından keçirib.

Qeyd edək ki, Quliyev "ağ-qara" formada bunadək də fərqlənmişdi. O, "Simurq"la yoxlama görüşündə rəqib qapısına vurulan 4 qoldan birinin müəllifi olmuşdu.

Təsadüfi deyil ki, ötən mövsümün ən yaxşı bombardirini Azərbaycan yığma komandasının baş məşqçisi Berti Foqts milliyə dəvət edir. Hücumçu qol vurmaqda davam edərsə, yəqin ki, yaxın gələcəkdə milli komandanın əsas üzvlərindən birinə çevriləcək.