“Ər və arvad” Azərbaycan teatrının səhnəsində

20 Sentyabr 2010 20:26 (UTC+04:00)
Azərbaycan Dövlət Musiqili Komediya Teatrında Üzeyir Hacıbəylinin 125 illik yubileyinə həsr olunan "Ər və arvad" tamaşası yaxın zamanlarda teatrsevərlərin ixtiyarına veriləcək. Bu barədə SİA-ya teatrın mətbuat xidmətinin rəhbəri Ağca Muxtarova bildirib.

Tamaşanın quruluşçu rejissoru Yusif Əkbərov, dirijoru Nazim Hacıəlibəyov, rəssamı Eldar Qurbanov, baletmeysterləri Zakir və Leyla Ağayevalardır.

Rollarda xalq artistləri - Yaşar Nuri, İlham Namiq Kamal, Afaq Bəşirqızı, Fatma Mahmudova, Arif Quliyev, əməkdar artistlər Elçin Həmidov, Əkbər Əlizadə, aktyorlar - Gülcahan Salamova, Əliməmməd Novruzov, Emma Məlikova, Ağaxan Şərifov, Ülviyyə Əliyeva çıxış edəcəklər.

Məlumat üçün bildirək ki, hal-hazırda bu tamaşanın məşqləri gedir.