Bakıda bodibildinq üzrə dünya çempionatı keçiriləcək

20 Sentyabr 2010 00:16 (UTC+04:00)

Bu ilin noyabrında Bakıda IFBB (Beynəlxalq Boks Federasiyası) versiyası ilə kişilər arasında bodibildinq üzrə 64-cü dünya çempionatı keçiriləcəkdir. SİA-nın məlumatına görə, noyabrın 3-8-də keçiriləcək çempionatda Azərbaycan, Özbəkistan, Misir, Kanada, Meksika, Ukrayna və digər ölkələrdən 600-ə yaxın idmançı iştirak edəcəkdir.

Azərbaycan yığmasının tərkibində Teymur Aslanov (60 kq), Anadolu Məsimov (65 kq), Fərhad Quliyev (70 kq), Yalçın Məmmədov (75 kq), Behnam Yusifi (80), Mahmud Savalan (85 kq), Vüqar Verdiyev, Məhəmməd Paşai, Rövşən Quliyev (hamısı 90 kq), Həmit Reza Keşani (100 kq) və Leonid İstomin (100 kq-dan yuxarı) çıxış edəcəklər.