Azərbaycanda Özbəkistan kino həftəsi keçiriləcək

19 Sentyabr 2010 19:07 (UTC+04:00)

Bu il oktyabrın ikinci yarısında Azərbaycanda Özbəkistan kino həftəsi keçiriləcəkdir.

SİA-nın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildiriblər ki, həftə ərzində kinoteatrlarımızda Özbəkistan kinematoqrafiyasının tanınmış filmləri nümayiş olunacaqdır.