Neft sənayesində səmərəli fəaliyyətlərinə görə bir qrup şəxsə Prezidentin fərdi təqaüdləri veriləcək

19 Sentyabr 2010 05:59 (UTC+04:00)

Sentyabrın 18-də Prezident İlham Əliyev "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında" Sərəncam imzalayıb. SİA-nın məlumatına görə, sərəncama əsasən Azərbaycanın neft sənayesində səmərəli fəaliyyətlərinə görə 6 nəfərə Prezidentin fərdi təqaüdləri veriləcəkdir.

Dövlətimizin başçısının başqa bir Sərəncamı ilə neft sənayesinin inkişafındakı xidmətlərinə görə 4 nəfərə "Əməkdar Mühəndis" fəxri adı verilib.