AZAL tarifləri artırmağı planlaşdırmır

15 İyul 2017 17:15 (UTC+04:00)

AZAL - “Azərbaycan Hava Yolları” QSC aviadaşımalar üçün tarifləri artırmağı planlaşdırmır. Aviaşirkətdən bildiriblər ki, benzinin qiymətinin artırılması təyyarələrin yerüstü xidmətlərinin maya dəyərinə təsir göstərəcək. Lakin buna baxmayaraq AZAL aviadaşımalar üçün tarifləri qaldırmağı planlaşdırmır.