Fransanın təcrübəli diplomatı Bakı Dövlət Universitetində olacaq

18 Sentyabr 2010 20:44 (UTC+04:00)
Sentyabrın 22-də Fransanın təcrübəli diplomatı, Beynəlxalq münasibətlər üzrə mütəxəssis Flip Moro-Defarj Bakı Dövlət Universitetində (BDU) olacaq. Bu barədə SİA-ya BDU-nun mətbuat xidmətindən məlumat daxil olub. Məlumatda bildirilib ki, səfər proqramına uyğun olaraq Beynəlxalq əlaqələr fakültəsinin müəllim və tələbələri ilə birgə konfrans keçirıləcək.