Zeynəb Yöntəm: "Yeni zoopark əhalini maarifləndirməklə yanaşı, eyni zamanda ölkədə turizmin inkişafına ciddi təkan verəcək" - MÜSAHIBƏ

18 Sentyabr 2010 05:22 (UTC+04:00)

Bu gün Heydər Əliyev adına İdman-konsert kompleksində işini davam etdirən "Azərbaycan - Yaşıl Dünya Naminə" ekoloji sərgisini ziyarət edən Prezident İlham Əliyevin maraqla izlədiyi stendlərdən biri də Türkiyənin "Ekodəngə LTD" şirkətinə məxsus stend olub. Dövlət başçısı master-planı bu şirkət tərəfindən hazırlanan yeni Bakı Zooparkının layihəsi ilə yaxından tanış olub, işlərin hansı mərhələdə olması ilə maraqlanıb. Ekologiya və təbii sərvətlən naziri Hüseynqulu Bağırov yeni heyvanxananın layihəsi haqda dövlət başçısına ətraflı məlumat verib. Şirkətin baş direktoru Zeynep Yötməm isə bildirib ki, yeni zoopark istifadəyə verildikdən sonra  bura paytaxt sakinlərinin, eləcə də şəhərimizin qonaqlarının ən sevimli istirahət mərkəzinə çevriləcək.

Zeynəb xanım həmçinin, layihə ilə bağlı təəssüratlarını, ilk dəfə olaraq, SİA-ya açıqlayıb.     

 

- Zeynəb xanım, yeni Bakı zooparkının tikintisi layihəsi şirkətinizin Azərbaycanda həyata keçirdiyi ilk işdir?

 

- İlk öncə, icazə verin, qəzetiniz vasitəsi ilə sevimli, qardaş Azərbaycan xalqını salamlayam, onların keçmiş Ramazan bayramlarını təbrik edim, sevgi və sayqıları çatdırım. O ki, sualın cavabına, əvvəlcə qeyd etmək istərdim ki, "Ekodəngə LTD" Türkiyədə təqribən iyinmi ilə yaxındır fəaliyyət göstərir. Şirkət Ankara şəhərində, Hacəttəpə universitetində yaradılan texnoparkın ərazisində yerləşir. Mən özüm ötən əsrin 90-cı illərinədək türkiyənin Ətraf mühüt və meşə nazirliyinin baş direktoru vəzifəsində çalışmışam. Bu vəzifəsindən gedəndən sonra , ekologiya sahəsində ixtisaslaşan bir qrup tanınmış alim və mütəxəssislərlə birlikdə "Ekodəngə LTD" şirkətini yaratdım. Eyni zamanda Hacəttəpə universitetində müəllim kimi də fəaliyyət göstərirəm. Amma əsas  gücümü təbii ki, şirkətin həyata keçirdiyi layihələrə yönəldirəm.

"Ekodəngə" konsaltinq şirkəti olmaqla yanaşı, həm də ekoloji memarlıq və estetik dizayn  kimi layihələr də hazırlamaqla məşğul olur.

Dünyanın ekologiya sahəsində tanınmış alimləri, aparıcı mütəxəssislər bizim şirkətlə əməkdaşlıq edir. Odur ki, "Ekodəngə"  bu müddət ərzində dünyada özünə kifayət qədər nüfuz qazana bilib. Bizim layihələrə Dünya bankı kimi nüfuzlu maliyyə qurumu dəstək verir. Bundan əlavə, şirkətimiz Avropa İttifaqının layihələrini həyata keçirməkdədir. Bir sıra balkan yardaması ölkələrində, Almaniyada, İngiltərədə layihələr həyata keçirmişik. Türkiyədə son on ildə həyata keçirilən bütün ekoloji layihələrin müəllifi məhz bizim şirkət olub. Biz layihələri hazırlanmaqla kifayətmir, eyni zamanda onların həyata keçirilməsinə də nəzarət edirik. Azərbaycana gəlincə isə, bu , bizim ilk işimiz deyil. Artıq 7 ildir buradayıq və Ankaradan sonra, ikinci ofisimiz məhz bu şəhərdə açılıb.  Məlum olduğu kimi 2006-cı ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Azərbaycanda "Şahdağ" və "Ordubad" Milli parklarının yaradılması layihəsinin hazırlanmasına dair tender elan olundu. Biz bu tenderdə iştirak edib, qalib gəldik. 2007-2009-cu ildə bu layihələri hazırlayıb tamamladıq. Eyni zamanda bu milli parkların turizm strategiyasını da hazırlamaq bizə həvalə olunmuşdu. Layihələrin yüksək keyfiyyətlə hazırlanması Azərbaycan tərəfindən də təqdir olundu. Odur ki, növbəti ekoloji hazırlanması da bizə həvalə olundu. Bu,  Dünya bankı tərəfindən maliyyələşdirilən bir layihədər və "2010-2030-cu illərdə Bakıda məişət tullantılarının toplanması və emal olunması layihəsi" adlanır. Layihənin əsas məqsədi toplanılan məişət tullantılarının, Avropa ölkələrində və ABŞ-da olduğu kimi, yandırılmazdan əvvəl qeyri-üzvü və üzvü maddələrlə(şüşə qablar, polietilen maddələr və s.) ayrılaraq çeşidlənməsi və təkrar emala göndərilməsini özündə əks etdirir. Layihədə həmçinin, bu həcmdə tullantılarının emalı üçün Bakıda əlavə neçə məişət tullantısı emalı zavodunun tikilməsi məsələsi də öz əksini tapacaq. Və nəhayət , son işimiz  isə yeni Bakı Zooparkının yaradılması layihəsi oldu.

 

- Yeni zooparkın inşasına nə vaxt başlanılacaq?   

 

- Bu haqda danışmaq hələ tezdir. Belə ki, "Ekodəngə"nin ötən ilin sonundan başladığı "master-plan" üzrə işlər yalnız gələn ilin mayın başa çatacaq. Bundan sonra tikinti işlərini həyata keçirəcək şirkətin müəyyən edilməsi üçün tender elan olunacaq. Və yalnız bundan  sonra tikinti müddətinin nə vaxt başa çatacağı haqda danışmaq olar. Onu da qeyd edim ki, yeni zooparkın yerləşəcəyi məkanın seçilməsi bir qədər vaxt apardı. Bu ilin yun ayında , nəhayət zooparkın inşa edilməsi üçün Qobu qəsəbəsində 55 hektar torpaq sahəsi ayrıldı. Bu ərasi həm də Güzdək qəsəbəsindəki gölə də yaxındır ki, gələcəkdə bu gölün suyundan da istifadə etmək mümkün olsun.

Yeri gəlmişkən qeyd edim ki,  bu layihə, indiyədək  Qafqaz və Orta Asiya regionunda mövcud olmayan bir zooparkın yaradılmasını özündə əks etdirir.

Hesab edirəm ki, yeni zoopark Azərbaycanda turizmin inkişafına güclü təkan verəcəkdir. Bu, dünyanın ən yeni texnologiyalar əsasında, ən son elmi yanaşmalar əsasında qurulacaq bir heyvanxanası olacaq. Eyni zamanda,  bu, həm heyvanların sayı və burada göstəriləcək xidmətlər baxımından dünyanın ən zəngin zooparkı olacaq.

Yeri gəlmişkən qeyd edim ki, yeni Bakı Zooparkın tikintisi layihəsini hazırlamaq üçün ekologiya sahəsində dünyada tanınmış mütəxəssislər- Avstraliya, Sinqapur, Cənubi Afrika , İngiltərə, Avstriya, Almaniya və digər ölkələrdən olan alimlər bu layihənin işlənməsinə cəlb olunub. Məqsəd isə Azərbaycana dünyanın ən gözəl heyvatan parkını ərmağan etməkdir. görülür.

 

- Bəs elə isə, yeni zoopark  paytaxtdakı mövcud heyvanxanadan hansı özəllikləri ilə fərqlənəcək?

 

- Ən başlıcası, heyvanlar burada təbii şəkildə- vəhşi təbiətdə olduğu kimi yaşayacaqlar. Doğrudur, zooparkın ümumi ərazisi hasarlanacaq, bundan əlavə, bəzi yıtrıcı quşlar- məsələn, qartallar üçün nəhəng qəfəslər quraşdırılacaq. Amma bu , onların sərbəst hərəkətlərinə heç bir məhdudiyyət yaratmayacaq. Zooparkın ərazisində yeni ağaclar əkiləcək, süni göllər və şəlalələr yaradılacaq, nəhəng akvariumlar qurulacaq. Akvariumların sakinləri isə dünya okeanlarında, dənizlərdə yaşayan nadir heyvanlar olacaq. Burada dəniz  heyvanlarının yaşaması üçün süni olaraq dəniz suyunun analoqu da yaradılacaq. 

Ziyarətçilər əraziyə daxil olduqdan sonra xüsusi marşurutla hərəkət edən səyahət qatarları vasitəsi ilə gəzəcəklər.Ərazinin daxili dizaynı Yer kürəsinin qitələrinə uyğun hazırlanacaq.

Məsələn, ziyarətçilər zooparka Azərbaycan bölümündən daxil olacaqlar. Bu bölümdə dünyanın 11iqlim qurşağından 9-na malik olan Azərbaycanın ayrı-ayrı bölgələrində yaşayan, həmçinin,  "Qırmızı Kitab"ına düşmüş heyvanlar saxlanılacaq. Sonra  ziyarətçilər Asiya qitəsinə, buradan Afrikaya, daha sonra isə "Atlantik okean"ı adlayıb,  Amerika qitəsinə "yollanacaqlar". Hər qitə özünəməxsusluğu ilə biri-birindən fərqlənəcək. Məsələn, Afrika qitəsində ziyarətçilər, nəhəng zürafələri, filləri, kərgədanları, timsahları lap yaxın məsafədən izləmək şansı əldə edəcəklər. Bir qədər irəliləyərək Afrika səhralarına çatan ziyarətçilər burada ilanlar, kərtənkələr və s.  görə biləcəklər.

Onu da qeyd edim ki, ümumiyyətlə,  hər bir ölkədə zooparkların yaradılmasında əsas məqsəd sadəcə insanların istirahətini təşkil etmək deyil, eyni zamanda gənc nəslin ekologiyanın qorunması və təbiətin mühafisəsinə dair onları maarifləndirməkdir. Odur ki, zooparkın ərazisində muzey də yaradılacaq. Burada uşaqlar və məktəblilərə  təbiətin mühafizəsinə dair biliklər aşılanacaq. Yeni zooparkın ərazisində həmçinin, mehmanxananın da inşası nəzərdə tutulur.  Zooparkın ərazisi kifayət qədər böyük olduğundan onu tam olaraq bir gün ərzində gəzmək mümkün olmayacaq. Odur ki, buraya gələn turistlər istədikləri qədər  mehmanxanada qalmaq şansı əldə edəcəklər. 

Burada həmçinin, heyvanların müalicəsi üçün mərkəzlər də yaradılacaq. Təbiətdən tutulan xəstə heyvanlar- məsələn yaralı ceyran, ovcu gülləsinə tuş gəlmiş çöl quşları və s. buraya gətirilərək müalicə olanacaq və yaşamaq üçün zooparkın ərazisinə buracılacaq.

 

- Bu, layihə "Ekodəngə"nin Azərbaycanda son işi olacaq?

 

- Düşünmürəm, biz artıq xeyli müddətdir qardaş Azərbaycan xalqının rifahı naminə xidmət edirik və bundan sonra da işimizi davam etdirəcəyik. 

Digər tərəfdən isə, tenderin şərtlərinə görə, yeni zooparkın tikinti işlərinə nəzarəti də "Ekodəngə" həyata keçirəcək.

Bundan əlavə, digər bir önəmli məqam zooparkda çalışacaq işçilər üçün treninqlərin keçirilməsidir. Biz hazırda bu proqram üzərində də çalışırıq. Hesab edirəm ki, "Ekodəngə"nin Azərbaycanla olan uğurlu əməkdaşlığı hələ uzun müddət davam edəcəkdir. Və biz uğurlu layihələrimizlə qardaş Azərbaycan xalqına  sevincli, unudulmaz anlar bəxş edəcəyik.