"Mançester Yunayted"in yeni kapitanı müəyyənləşib

12 İyul 2017 12:32 (UTC+04:00)

Ueyn Runinin gedişindən sonra "Mançester Yunayted"in yeni kapitanı təsdiqlənib. SİA-nın məlumatına görə, növbəti mövsümdən komandanın əsas kapitanı Maykl Kerrik olacaq.

O, 2006-cı ildən "manikunianlar"ın şərəfini qoruyur. Təcrübəli yarımmüdafiəçi burda 314 oyun keçirib. İkinci kapitan funksiyasını Ander Errera yerinə yetirəcək.