Əfqanıstan vətəndaşının üzərində narkotika aşkar olunub

11 İyul 2017 11:41 (UTC+04:00)

Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Əfqanıstan İslam Respublikasının vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

SİA-nın verdiyi məlumata görə, yoxlama zamanı vətəndaşın şalvarının cibində 3 ədəd metadon adlı həb, daxili orqanında (düz bağırsağında) isə 10 ədəd bükümdə olmaqla, ümumi xalis çəkisi 331,474 qram heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.