“Neftçi”nin daha iki rəqibi müəyyənləşib

11 İyul 2017 09:02 (UTC+04:00)

“Neftçi”nin Bakı toplanışı çərçivəsində keçirəcəyi iki yoxlama oyunundakı rəqibləri dəqiqləşib. SİA-nın məlumatına görə, “ağ-qaralar” iyulun 15-də saat 11:00-da “Binə”, iyulun 19-da saat 18:00-da isə “Şüvəlan” klubu ilə qarşılaşacaq. Hər iki matç İsmət Qayıbov adına təlim-məşq bazasının meydançasında baş tutacaq.

Qeyd edək ki, “Neftçi” ilk yoxlama oyununu “Kəpəz”ə qarşı keçirəcək. Bu gün saat 18:00-da başlanacaq görüş İsmət Qayıbov adına təlim-məşq bazasının meydançasında olacaq.