Hərbi hissədə ölüm hadisəsi baş verib

17 Sentyabr 2010 21:18 (UTC+04:00)

Azərbaycan Müdafiə Nazirliyinin hərbi hissəsində ölüm hadisəsi baş verib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, hadisə sentyabrın 16-da Ağdam rayonunda yerləşən hərbi hissədə qeydə alınıb. Hərbi hissənin əsgəri Kərimov Amil Rəşid oğlu silahla ehtiyatsız davrandığı zaman baş verib. Silahdan atəş açılıb və onun əsgər yoldaşı Səmədov Rüfət Zaur oğluna dəyib. Həlak olan əsgərin Qaradağ rayonundan həqiqi hərbi xidmətə çağırıldığı bildirilib.

Məlumata görə, hadisə əsgəri silah boşaldarkən baş verib. Faktla bağlı cinayət işi başlanıb.