Qızılın qiyməti bahalaşıb

17 Sentyabr 2010 19:15 (UTC+04:00)
Qızılın qiyməti bahalaşmaqda davam edir..SİA-nın məlumatına görə, dünən keçirilən hərraclarda Nyu-Yorkdakı "Comex" birjasında qızılın qiyməti 0.4 faiz bahalaşaraq bir troya unsiyasına görə 1273.8 dollar olub.

Qeyd edək ki, bundan əvvəl qızılın rekord qiyməti 1279.5 dollar olub. Bazarlarda növbəti rekord ikinci gün 14 sentybar tarixində müşahidə olunub. Belə ki, həmin gün qızılın qiyməti unsiyasına görə 1274,95 dollara çatıb.