"UltraNeftçi": "Dəstək bizdən, qələbə "Neftçi"dən!"

17 Sentyabr 2010 18:47 (UTC+04:00)
Azərbaycan Premyer Liqasının lideri "Neftçi" növbəti oyununa çıxacaq. Flaqmanın bu dəfəki rəqibi MOİK olacaq. Klubun mətbuat xidmətindən SİA-ya verilən məlumata əsasən, bu mövsüm qarşısına çempionluq hədəfi qoyan komanda üçün hər oyunda olduğu kimi bu dəfə də qələbə vacibdir. MOİK isə heç də asan rəqib deyil. Premyer Liqanın autsayderi hesab olunsa da, bu günə qədər keçirdiyi bütün oyunlarda əzmkarlığı və qələbə istəyi ilə fərqlənib. Təsadüfü deyil ki, hazırda MOİK-in aktivində bir çox iddialı klublardan daha çox - 4 xal var.
Bu oyunda azarkeş dəstəyi üçün "UltraNeftçi" fan-klubu bütün "Neftçi"sevərləri sentyabrın 18-də, saat 19.00-da Tofiq Bəhramov adına Respublika stadionuna dəvət edi: "Dəstək bizdən, qələbə "Neftçi"dən!"