Azərbaycan Prezidenti bu gün Vətənə qayıdıb

17 Sentyabr 2010 08:35 (UTC+04:00)

Sentyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb. SİA-nın məlumatına görə, Azərbaycanın və Türkiyənin dövlət bayraqlarının dalğalandığı İstanbulun Atatürk Beynəlxalq hava limanında dövlətimizin başçısını Türkiyənin yüksək vəzifəli dövlət və hökumət nümayəndələri böyük hörmət və ehtiramla yola salıblar.

Həmin gün Prezident İlham Əliyev Vətənə qayıdıb.

Heydər Əliyev Beynəlxalq Aeroportunda dövlətimizin başçısını Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşılayıblar.