Mikroavtobus minaya düşdü: 8 ölü

16 Sentyabr 2010 22:13 (UTC+04:00)

Hakkaridə Durankaya mahalı ilə Keçidli kəndi arasındakı yolda mülki şəxsləri aparan bir mikroavtobus minaya düşüb. SİA-nın "Hurriyet"ə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 8 nəfər ölüb, 3-ü isə yaralanıb.

Ölənlər və yaralananların sayı haqqında Hakkari qubernatoru Muammer Türker məlumat verib. Partlayışdan sonra əraziyə çox sayda təcili yardım və təhlükəsizlik qüvvələri gətirilib. Yaralılar Hakkari dövlət xəstəxanasına aparılıb.