Minik avtomobili yük maşınına çırpılıb, xəsarət alan var

3 İyul 2017 17:53 (UTC+04:00)

Bakı-Sumqayıt magistral avtomobil yolunun 9-cu kilometrliyində vətəndaşa məxsus "Toyota" markalı minik avtomobili idarəetməni itirərək yolun kənarında dayanmış KamAZ markalı yük avtomobilinə çırpılıb.

SİA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq sıxılmış vəziyyətdə qalmış sürücünü minik avtomobilindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.