Həmsədrlər Minsk qrupu üzvlərini məlumatlandıracaq

3 İyul 2017 16:36 (UTC+04:00)

Bu gün ATƏT-in Minsk qrupunun həmsədrləri Vyanaya səfər edərək Minsk qrupu üzvlərini regiona səfərlərinin nəticələri barədə məlumatlandıracaqlar. Bu barədə həmsədrlər iyunun 19-da Ermənistan, Azərbaycan və işğal edilmiş Dağlıq Qarabağa səfərlərindən sonra yaydıqları bəyanatda deyiblər.

Qeyd edək ki, həmsədrlər həmçinin yaxın zamanlarda Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə görüşəcəklərini də qeyd ediblər.