Türkiyənin Şırnak vilayətinin Uludere rayonunda PKK terrorçuları yol tikintisində işləyən fəhlələrə hücum ediblər. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, silahlı hücum nəticəsində iki fəhlə ölüb, dördü yaralanıb.
Fəhlələrdən bəzilərinin terrorçular tərəfindən qaçırıldıqları iddia edilir.
Terrorçuların ələ keçirilmələri üçün bölgədə genişmiqyaslı əməliyyata başlanılıb.