ABŞ-da təyyarə qəzası: 6 nəfər ölüb

3 İyul 2017 05:15 (UTC+04:00)

ABŞ-ın Viskonsin ştatında “Cessna 421” yüngülmotorlu təyyarə qəzaya uğrayıb. Bu barədə nüfuzlu RİA Novosti agentliyi məlumat yayıb. Xəbərə görə, hadisə nəticəsində təyyarənin göyərtəsində olan 6 nəfər ölüb. Təyyarənin Çikaqo şəhərindən Kanadaya uçduğu məlum olub. Qəzanın səbəbləri barədə məlumat verilmir.