Azərbaycanlı müğənnidən sevənlərinə xoş xəbər AÇIQLAMA

29 İyun 2017 12:01 (UTC+04:00)

Müğənni Asif Məhərrəmov sevənlərini sevindirəcək. SİA-ya açıqlama verən ifaçı konsert verəcəyini bildirib: "Məni sevən tamaşaçıların istəyini nəzərə alaraq, konsert keçirməyi qərara aldım. Belə ki, iyul ayının 8 "Gecə-gecə" adlı konsert proqramı ilə sevənlərimin qarşısında çıxış edəcəm. Gecə zamanı sevilən mahnılarımı səsləndirəcəm. Konsertim Nabranda yerləşən istirahət mərkəzlərinin birində baş tutacaq. Məni sevənləri konsertimə dəvət edirəm".