“İqtisadi inkişafın Azərbaycan modeli” movzusunda beynəlxalq konfrans keçiriləcək

15 Sentyabr 2010 23:36 (UTC+04:00)

Azərbaycanda Regional İnkişaf Mərkəzinin təşkilatçılığı ilə 17 sentyabr 2010-cu il tarixdə "İqtisadi inkişafın Azərbaycan modeli" movzusunda beynalxalq konfrans keçiriləcək.

Mərkəzdən SİA-ya verilən məlumata görə, konfransa dövlət qurumlarının rəhbərləri, iqtisadçı-ekspertlər, QHT və KİV təmsilçiləri ilə yanaşı, beynəlxalq təşkilatlardan 50 nəfərə yaxın ekspert dəvətlidir.

Qeyd edək ki, qonaqlar arasında AŞPA-nın 25 nəfər üzvü də vardır. Ekselsior otelinin konfrans zalında baş tutacaq tədbirdə iqtisadi inkişaf naziri Şahin Mustafayev "Azərbaycan iqtisadiyyatının inkişaf dinamikası" mövzusunda, sənaye və energetika naziri Natiq Əliyevin "Azərbaycanın enerji siyasəti və beynaxalq iqtisadi əməkdaşlıq" mövzusunda, Belçika parlamentinin üzvü İvan Sabbe "Gənc demokratiyaya Qərbin investisiya imkanları: Azərbaycan, Şərq və Qərb arasında kəsişmə" mövzusunda çıxışları nəzərdə tutulub.

Konfransda akademiklər Z. Səmədzadə, X. Yusifzadə, Asəf Nadirov və digər ekspertlərin çıxışlarıda planlaşdırılıb.