Azərbaycan Sosial Rifah Partiyasının 20-yə qədər namizədi məlumdur

15 Sentyabr 2010 23:23 (UTC+04:00)

Azərbaycan Sosial Rifah Partiyası (SRP) parlament seçkilərində irəli sürəcəyi 20-yə qədər namizədi müəyyənləşdirib. SİA-ya açıqlamasında partiyanın xarici əlaqələr şöbəsinin sədri Məftun Məmmədov yaxın bir neçə gün ərzində bir-iki namizədin kimliyinə də aydınlıq gətiriləcəyini bildirib.

 

Təmsil etdiyi partiyanın 2010-cu ilin 7 noyabr tarixində keçiriləcək parlament seçkilərinə qatılacağı ilə bağlı qərarın ASRP Ali Məclisinin sentyabrın 13-də baş tutan toplantısında qəbul olunduğunu xatırladan M.Məmmədov digər partiyalarla müqayisədə bir qədər gecikməsinə baxmayaraq yaxın günlərdə yekun siyahının məlum olacağını bildirib. O, müəyyənləşdirilən bütün namizədlərin ASRP üzvləri olduğunu qeyd edib.