Azərbaycan millisi FİFA-nın reytinq cədvəlində irəlilədi

15 Sentyabr 2010 22:54 (UTC+04:00)
FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. SİA-nın məlumatına görə, reytinq cədvəlinin ilk yerində 1824 xalla İspaniya yığması qərarlaşıb. İkinci sırada 1663 xalla Hollandiya, üçüncü sırada isə 1490 xalla Almaniya millisi yer alıb. Azərbaycan millisi isə ötən ayla müqayisədə 3 pillə irəliləyərək 287 xalla 102-ci pilləyə yüksəlib. Qeyd edək ki, növbəti reytinq cədvəli oktyabrın 20-də açıqlanacaq.