Məşhurlarımız eyni filmdə FOTOLAR

23 İyun 2017 10:55 (UTC+04:00)

“Eurovision 2011” qalibi Nigar Camal özünü aktrisa kimi də sınayacaq. SİA-nın məlumatına görə, Nigar yeni filmə çəkilir. Bu barədə sənətçinin özü "İnstagram" səhifəsində çəkiliş məkanından fotolar paylaşaraq, ekran işinin “Kəklikotu” adlandığını vurğulayıb və “Mövsümün yeni komediyası gəlir” deyə yazıb.

Qeyd edək ki, ifaçı ilə yanaşı filmdə aktyorlar Müşviq Şahverdiyev və İslam Mehrəliyev də çəkilir.