Əli Əhmədov Moldova Sosialistlər Partiyasının sədrini qəbul edib

22 İyun 2017 17:59 (UTC+04:00)

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında Moldova rəsmiləri ilə görüş keçirilib. SİA-nın xəbərinə görə, Yeni Azərbaycan Partiyasının Sədr müavini-icra katibi, Baş nazirin müavini Əli Əhmədov Moldova Respublikası Sosialistlər Partiyasının sədri Zinaida Qreçanini və Moldova Prezidentinin Aparat rəhbərinin müavini Nikolay Postrusu qəbul edib.

Görüşdə qonaqları salamlayan Ə.Əhmədov bildirib ki, Azərbaycanla Moldova arasında səmərəli əməkdaşlıq mövcuddur: "İki ölkə arasında mövqelər üst-üstə düşür. Azərbaycanla Moldova arasında iqtisadi maraqlar iki ölkə arasında siyasi əlaqələrin davam etdirilməsini zəruri edir".

Ə.Əhmədov iki ölkənin hakim partiyaları arasında da əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib: "Azərbaycan və Moldovanın hakim partiyaları əlaqələrin bundan sonra daha da inkişaf etidirilməsində maraqlıdır".

Azərbaycanda səfərdə olduqlarından məmnunluğunu ifadə edən Z.Qreçanini iki ölkənin partiyaları arasında əlaqələrə böyük önəm verdiyini dilə gətirib: "Son 20 ildə Azərbaycanla Moldova arasında yüksək əlaqələr formalaşıb, bir sıra sahələrdə səmərəli əməkdaşlıq möcuddur".

Moldova Prezidenti İqor Dodonun Azərbaycana səfəri və keçirilən görüşləri yüksək qiymətləndirən partiya sədri qeyd edib ki, bu səfər iki ölkə arasında əməkdaşlığa öz töhfəsini verməklə yeni səhifələr açacaq.

Qeyd edək ki, görüşdə Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov, Milli Məclisin deputatı Sevinc Fətəliyeva iştirak edib.