Dövlət büdcəsinə dəyişikliyi nəzərdə tutan qanun layihəsinə rəy verilib

22 İyun 2017 12:57 (UTC+04:00)

Hesablama Palatasının Kollegiya iclasında “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə” qanun layihəsinə Hesablama Palatasının Rəyi müzakirə edilib. Kollegiya üzvləri rəy barədə fikir və təkliflərini bildirib, qanun layihəsinin Milli Məclisdə müzakirə edilməsinin tövsiyə olunması ilə bağlı qərar qəbul olunub.