Bu gün Bakıda küləkli, əsasən yağmursuz hava müşahidə olunacaq

15 Sentyabr 2010 10:24 (UTC+04:00)
Sentyabrın 15-də ölkə ərazisində havanın gündüz əsasən yağmursuz keçəcəyi, lakin bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, Bakıda küləkli, əsasən yağmursuz hava şəraiti müşahidə olunacaqdır. Paytaxtda havanın temperaturu gündüz 23-25, gecə 19-21, Naxçıvanda gündüz 31-33, gecə 15-17, aran bölgəsində gündüz 25-27, gecə 17-19, dağlıq zonada gündüz 15-17, gecə 9-11 dərəcə isti təşkil edəcəkdir.