“Xudafərin” jurnalının növbəti nömrəsində Mir Cəlal Paşayevin yaradıcılığına geniş yer verilib

15 Sentyabr 2010 08:43 (UTC+04:00)

Tehranda ərəb qrafikalı əlifba ilə Azərbaycan dilində nəşr olunan "Xudafərin" jurnalının növbəti nömrəsi çapdan çıxıb.

SİA-nın məlumatına görə, jurnalın bu nömrəsində görkəmli Azərbaycan yazıçısı və alimi Mir Cəlal Paşayevin yaradıcılığına geniş yer verilib. Ədibin "Füzuli şeri haqqında" elmi araşdırması olduğu kimi oxuculara təqdim edilib.