Prezident İlham Əliyev Dmitri Medvedevi ad günü münasibətilə təbrik edib

15 Sentyabr 2010 07:15 (UTC+04:00)

Sentyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevə telefonla zəng edib. SİA-nın məlumatına görə, dövlətimizin başçısı Dmitri Medvedevi ad günü münasibətilə təbrik etmiş, ona prezidentlik fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.

Rusiya Federasiyasının Prezidenti göstərilən diqqətə və təbrikə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunmuş, Rusiya Prezidentinin Azərbaycana son səfəri, səfərin nəticələri və səfər zamanı imzalanmış sənədlərin əlaqələrimizin daha da genişlənməsi baxımından əhəmiyyəti qeyd edilib.