Azərbaycana yay gəldi

21 İyun 2017 09:50 (UTC+04:00)

Azərbaycana yay fəsli daxil olub. AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasından SİA-ya verilən məlumata görə, bu gün saat 08:24-dən etibarən ölkədə yay fəsli daxil olub. Bununla da yaz fəsli bitib.

Qeyd edək ki, payız sentyabrın 22-dən 23-ə keçən gecə saat 00.02-də, qış isə dekabrın 21-də, saat 20.28-də gələcək.